Ana səhifə  /  XƏBƏRLƏR
44

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında müzakirələrdə çıxış edib.

18 may 2024    11:02
38

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev Portuqaliya parlamenti və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək “Süni intellekt dövründə təhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda iştirak etmək üçün mayın 19-da Portuqaliya Respublikasının Lissabon şəhərinə səfər edəcək.

17 may 2024    14:35
48

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2024-cü il mayın 16-da Lüksemburqun Deputatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Sözügedən qətnamədə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılmışdır.

17 may 2024    14:28
83

Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament Konfransının təşkilinə dair Anlaşma Memorandumu imzalanıb

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.

17 may 2024    10:50
112

Çin nümayəndə heyəti ilə görüşdə

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 14-də Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin (ÇXSMŞ ÜK) sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

14 may 2024    18:12
67

Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədr müavini Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

14 may 2024    16:43
83

Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş keçirilib

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 13-də Avropa Parlamentinin deputatı Xaviyer Nart ilə görüşüblər.

13 may 2024    16:04
70

Avropa parlamentinin üzvü Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Avropa parlamentinin üzvü Xaviyer Nart mayın 13-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

13 may 2024    13:39

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.