Arxiv

21.09.17

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı sessiyanın başlaması münasibəti ilə millət vəkillərini təbrik etdi və səmərəli fəaliyyət arzuladı.


ətraflı

20.09.17

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli 2017-ci ilin payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi və gələcək işlərində uğurlar arzuladı.


ətraflı

20.09.17

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov yeni sessiyanın başlanması münasibətilə millət vəkillərini təbrik etdi.
O, əvvəlcə yaz və növbədənkənar sessiyalar dönəmində görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 7 iclası keçirilmiş, bu iclaslarda 17 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilmişdir. Bu sənədlərin əksəriyyəti Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul edilmişdir.
ətraflı

19.09.17

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli əvvəlcə ötən sessiyanın yekunları və payız sessiyasının qanunvericilik işləri planı barədə geniş məlumat verdi.
Bildirildi ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib, 23 məsələ müzakirə edilib, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib.
ətraflı

19.09.17

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 19-da payız sessiyasında Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov payız sessiyasının başlaması münasibətilə təbriklərini çatdırdı, gündəlikdəki məsələlər haqqında məlumat verdi.

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi